Masallı şəhərində küçələrin təmiri işləri aparılıb.
Cenublu.az Masallı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, şəhərin Cəlil Məmmədquluzadə, Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadə, Əbdülvahab Salamzadə, Rəşid Behbudov və Ziya Bünyadov küçələrində cari təmir işləri görülüb, küçələrin ümumilikdə 1560 metr hissəsinə çınqıl tökülərək hamarlanıb.
İşlər Masallı bələdiyyəsi tərəfindən aparılıb.