Masallı rayonunda ağır yol qəzası baş verib.
Cenublu.az xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi “Mercedes” markalı 10 UT 770 N-li avtomobillə universitetdən qayıdan tələbəni - 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, Lənkəran Dövlət Universitetinin tələbəsi imiş.
Hadisə ilə bağlı araşdırma aparılır.