Masallı rayonunun Hişkədərə kəndində şəhid ailəsinin evinə gedən yola asfalt döşənib.
Cenublu.az Masallı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 47 saylı Yol istismarı idarəsi tərəfindən rayonun Hişkədərə kəndində şəhid Vüsal Məhərrəmovun ailəsinin yaşadığı evə gedən yola asfalt örtüyü döşənmişdir.
Qeyd edək ki, hazırda rayon ərazisində növbəli olaraq şəhid küçələrinə və şəhid ailələrinin yaşadığı həyətlərə asfalt örtüyü döşənir.