Masallıda səkinin üzərində olan açıq lük təhlükə saçır.
Cenubpress xəbər verir ki, söhbət Masallı şəhəri, Məhəmməd Fizuli küçəsində yerləşən lükdan gedir.
Qeyd edək ki, bu yoldan R.Əlihəsənov adına 1-saylı tam orta məktəbə gedən şagird və valideynlər də istifadə edirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib.