Masallı rayonunun Şıxlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza fevralın 23-də saat 13:00 radələrində qeydə alınıb.
Belə ki, sürücü Elşən Xudayev idarə etdiyi “Hyundai” markalı maşınla Viləşçay üzərindəki körpüdə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə sürüşən avtomobil körpüdən aşaraq çay yatağına düşüb. Qəzanın yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Maşında sıxılmış vəziyyətdə qalan sürücü avtomobildən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.