Cəlilabadda Şorbaçı bələdiyyəsi tərəfindən kənddaxili yollar təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində verir.
Məmmədrzalı kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.
İşlər vətəndaşlar tərəfindən Şorbaçı bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilib.