Lerik rayonunun Vılık və Loda kəndlərinin sakinləri Astara istiqamətində 15 km-lik yolu çox çətin vəziyyətdə gedirlər.
Cenublu.az-a daxil olan məlumata görə, qarlı hava şəraiti isə nəzərdə tutulan yolu sadəcə keçilməz edib.
Sakinlər yolla bağlı aidiyyəti qurumların tədbir görmələrini xahiş ediblər.
Qeyd edək ki, Loda şəhid Gündüz Etibar oğlu Əliyevin, Vılık isə şəhid Balaş Atakişi oğlu Dövlətovun doğulduqları kənddir.