Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az Apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Qışlaq ərazisində qeydə alınıb.
Hamarat kənd sakini, 66 yaşlı Şirvan Yusubov UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb. Nəticədə sürücü və avtomobildə olan daha iki nəfər - 26 yaşlı Cavid Dadaşzadə və 57 yaşlı Mirzə Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.
Qeyd edək ki, hər üç şəxs qəbir daşları düzəldən ustadır, onlar rəhmətə gedən şəxs üçün baş daşı düzəltməyə gedirdilər.
Faktla bağlı araşdırma aparılır.