Qaya parçası günlərdir, Lerik kəndinin yolunu bağlayıb.
Dekabrın 4-də Lerik rayonunun Dico kənd yoluna aşan qaya parçası hələ də ərazidən götürülməyib.
Cenublu.az sakinlərin sosial səhifələrdə etdikləri paylaşımlara əsasən xəbər verir ki, az qala bir həftədir ki, qaya parçası gediş-gəlişi iflic edib.
Sakinlərin sözlərinə görə, kənd bələdiyyəsi və Lerik rayon Yol İstismar idarəsinə dəfələrlə edilən müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib.