Lənkəranda Həsənağa Abdullazadə küçəsində bərələr zibillik və ot ilə tutulub.
Cenublu.az xəbər verir ki, adıçəkilən küçədən üfunətdən keçmək olmur. Səbəb də odur ki, həmin küçədə suötürücü kanalları ot tutub, məişət tullantıları ilə dolub.
Sakinlər deyir ki, bərələrin nə zamansa təmizləndiyini görməyiblər: "Problem bu günün yox, illərin problemidir. Biz görməmişik ki, aidiyyəti qurumlardan gəlib bu küçədə bərələri təmizləsinlər".
Qeyd edək ki, Lənkəranda intensiv yağış yağanda şəhid adını daşıyan bu küçədə yaşayanların həyətyanı sahələri qrunt suları ilə dolur.
View this post on Instagram