Lənkəran rayonunun Tükəvilə kənd sakinləri yol sarıdan əziyyət çəkirlər. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.
Belə ki, kənd sakinləri bildiriblər ki, dərmə-deşik yollarla gedib-gəlməkdən avtomobilləri tez-tez sıradan çıxır:
“Separadi-Tükəvilə yolu illərdir ki, bu vəziyyətdədir. Cəmi 4 km olan yolu 50 dəqiqəyə gedirik. Xahiş edirik, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər və yolumuzu təmir etsinlər”, – deyə sakinlər bildiriblər.