Lənkəran rayonunun Sütəmurdov kəndində su kanalları bərbad vəziyyətdədir.
Məsələ ilə bağlı kənd sakinləri Cenublu.az-a müraciət ediblər.
Onların sözlərinə görə, adıçəkilən ərazidə bir qədər yağış düşən kimi yaşayış evləri su altında qalır:
“Kəndimizin su kanallarının üzəri mamırla örtülüb və məişət tullantıları ilə doludur. Nəticədə ərazi antisanitariya yuvasına çevrilib. Həmçinin bir az yağış yağan kimi, yaşayış evlərinin həyətyanı sahələrini su basır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin məsələ hələ də həlini tapmayıb.”