Lənkəran rayonunun Cil kəndinin camaatı neçə müddətdir ki, keçilməz yollardan əziyyət çəkirlər.
Sakinlərin Cenublu.az-a verildiyi məlumata görə, sözügedən kəndin yollarında asfalt örtüyü yararsız vəziyyətə düşüb: “Camaat tərəfindən mütəmadi olaraq gediş-gəliş üçün istifadə edilən yol palçıq içindədir. Gedib-gəlməkdə çətinlik çəkirik. Uşaqlar palçıq içində məktəbdən qayıdırlar. Xahiş edirik aidiyyəti qurumlardan, yolu təmir etsinlər.”