Lənkəran şəhərinin Səttərxan küçəsinin bərələri zibillik içindədir. Məsələ ilə bağlı şəhər sakinləri Cenublu.az-a müraciət ediblər:
“Səttərxan küçəsinin bərələri uzun müddətdir ki, təmizlənmir. Ot basmış və zibillə dolu olan bərələr hava yağıntılı olduqda su ilə dolur və yola daşır. Aidiyyəti qurumlardan xahiş edirik, bərələri təmizləsinlər, bizi bu antisanitar vəziyyətdən xilas etsinlər”.