Lənkəran rayonunun Kərgəlan kəndində yaşayanlar çətinliklərlə üzləşirlər.
Sakinlərdən Cenublu.az-a verilən məlumata əsasən, yolun pis vəziyyətdə olması nəqliyyat vasitələrinin küçədə hərəkətinə maneə törədir:
“Küçədə asfalt örtüyü yoxdur. Yağışlı havada ərazidə iri gölməçələr əmələ gəlir.
Keçilməz vəziyyətdə olan yol ilə məktəblilər də hərəkət edirlər. Xahiş edirik, aidiyyəti qurumlar yolu təmir etsinlər”
Xatırladaq ki, sözügedən kənddə yaranmış problemlə bağlı daha öncə məlumat vermişdik.