Lənkəran şəhəri, Heydər Əliyev küçəsində, Kiçik Bazar məscidinin yanındakı dördmərtəbəli binanın yerləşdiyi yollar təmirsiz və bərbad haldadır.
Bununla bağlı Cenublu.az-a məlumat daxil olub.
Sakinlər tərəfindən bildirilib ki, yoldakı çuxurlar yağışlı havada su ilə dolur və bu da hərəkəti mürəkkəbləşdirir. Adi hava şəraitində isə bu çuxurlar avtomobillərin hərəkətində çətinlik yaradır:
“Küçəmiz bərbad vəziyyətdədir. Bilmirik kimə deyək”.
Sakinlər tərəfindən aidiyyəti qurumların bu məsələni həll etməsi, öz vəzifələrini layiqincə yerinə yetirməsi tələb olunub.
Bu azmış kimi həmin yolda kənara atılmış qurumuş ağac budaqları da yığışdırılmır. Məişət tullantılarını vaxtaşırı toplayan MKTİ işçiləri onlardan həmin ağac budaqlarını götürməyi xahiş edən sakinlərə bildiriblər ki, bu, onların vəzifəsi deyil.