Lənkəran şəhərində zəncirvari qəza baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb. Belə ki, “Nissan note”, “Hyundai i30” və “VAZ-2110” markalı avtomobillərin toqquşması nəticəsində hər üç avtomobilə ziyan dəyib.
Qəzada xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.