Lənkəran şəhərinin Şirəli Axundov və İskəndər Səmədzadə küçələrində piyada zolağının silinməsi sürücülər və piyadalar üçün çaşqınlıq yaradır.
Məsələ ilə bağlı sakinlər Cenublu.az-a müraciət ediblər.
Belə ki, sözügedən mərkəzi küçələrdə piyada zolağı olsa da, zamanla o silinib.
“Lənkəran şəhər 4 saylı məktəb-lisey və 1 nömrəli tam orta məktəbin qarşısı olduğundan buradan gün ərzində yüzlərlə insan keçir, əsasən də şagirdlər. Bu səbəbdən aidiyyəti qurumlardan xahiş edirik, piyada zolaqları yeniləsinlər”.