Lənkəran şəhərinin Vaqif Hüseynov küçəsindəki vəziyyət yerli sakinlərin həyatı üçün real təhlükə mənbəyinə çevrilib.
Cenublu.az məlumat verir ki, sözügedən ünvanda işıq dirəkləri, elektrik naqilləri qəzalı vəziyyətdədir. Küçədəki dirəklərin bəziləri o qədər əyilib ki, hər an ərazidən keçən qaz borusunun üstünə aşa bilər. Bu isə partlayışa da səbəb ilə bilər. Bundan əlavə, fərdi yaşayış evlərinə çəkilən elektrik naqillərinin də vəziyyəti ürəkaçan deyil. Bir çox ərazidə naqillər artıq köhnəlib və səliqəsiz çəkildiyi üçün təhlükə mənbəyinə çevrilib.
Redaksiyaya şikayət edən sakinlərin sözlərinə görə, hər gün bu küçədən 100-dən çox şagird məktəbə gedir: “Hər an aşaraq təhlükə və fəsada səbəb ola biləcək dirəklər, köhnəlib az qala yola qədər sallanan elektrik naqilləri narazılığımızın səbəbidir. Aidiyyatı qurumlardan xahiş edirik ki, faciə baş verməmiş bu problemi həll etsinlər”.
[URIS id=67467]