Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Qazel" markalı nəqliyyat vasitəsi, yolu əks istiqamətə keçmək istəyən Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Əliyevanı vurub. Hadisəni törədən sürücü xəsarət alan qadını öz maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.