Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Xanbulan kəndi ərazisində qeydə alınıb. Qəzada rayonun Bürcəli kənd sakini, 1993-cü il təvəllüdlü Nihad Suidimzadə, həmkəndlisi 1994-cü il təvəllüdlü Elkin Hüseynov və Azfilal kənd sakini, 1993-cü il təvəllüdlü Elman Abdullazadə xəsarət alıblar.
Hazırda onların müalicələri təcili yardım şöbəsində davam etdirilir.
İlkin məlumata görə avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi kanala aşıb.
Faktla bağlı araşdırma davam etdirilir.