Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə "Mercedes-Benz" markalı minik maşını toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq divara çırpılıb.
Qəzada hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.