Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Cenublu.az verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Kərgəlan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirib və yol kənarına çıxıb. Sürücü 2001-ci il təvəllüdlü Rauf Rahim oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.