Lənkəranda avtomobil qarşısına çıxan iti vurmamaq üçün manevr edərək qəzaya uğrayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində Apa.az-a istinadən verir.
Qəza Viravul kəndində baş verib. "KİA" markalı minik avtomobili yağışlı havada idarəetməni itirərək yol kənarındakı ağaca çarpılıb. Nəticədə Lənkəran rayon sakini olan 29 yaşlı sürücü Gülyanaq Hüseynli xəsarət alıb.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
G.Hüseynli təcili olaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Araşdırma aparılır.