Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçi, Girdəni kənd sakini, 43 yaşlı Murad Quliyevi vurub. M.Quliyev hadisə yerində dünyasını dəyişib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.