Lənkəran rayonunun Girdəni kəndinin yolları, bəlkə də, 5 ildir təmirsiz vəziyyətdədir.
Bunu Cenublu.az-a sakinlər bildiriblər.
Daxil olan məlumata görə, sakinlər yolların təmirsiz olması ucbatından əziyyət çəkirlər.
Onlar bildiriblər ki, yağış yağan kimi yollarda gölməçələr yaranır, bu da nəqliyyat və piyadaların hərəkəti üçün problem yaradır.
Sakinlər məsələyə aidiyyəti qurumların müdaxiləsini gözləyir.
View this post on Instagram