Lənkəran şəhərinin Axund Mirzə Məmmədhüseyn küçəsi ilə Mirzə Ələkbər Sabir küçəsinin kəsişməsi neçə müddətdir ki baxımsız vəziyyətədir. Bununla bağlı şəhər sakinləri Cenublu.az-a müraciət ediblər.
Vətəndaşların sözlərinə görə, yolda əmələ gələn çuxurlar nəqliyyat vasitələrinin hərəkətinə maneə törədir:
“Astara-Lənkəran yolu ilə hərəkət edən avtomobillər bu acınacaqlı vəziyyətin nəticəsi olaraq sıradan çıxırlar. Yağıntılı havada isə çuxurlar su ilə dolur. Maşınlar çuxura düşəndə piyadaların üst-başı palçıq olur. Aidiyyəti qurumlardan xahiş edirik məsələni həll etsinlər”.
Xatırladaq ki, sözügedən ərazidə yaranmış problemlə bağlı daha öncə məlumat vermişdik.