Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında qeydə alınıb.
"Toyota Prius" markalı minik avtomobili "VAZ-21015"-la toqquşub. Nəticədə avtomobillərin sürücüləri, Lənkəran şəhər sakinləri, 21 yaşlı Rafiq Əliyev və 60 yaşlı Davud Mənsiyev, həmçinin Liman şəhər sakini, 42 yaşlı Rəşad Seyfullayev və Göyşaban kənd sakini, 30 yaşlı Anar Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.