Lənkəranda avtomobil 29 yaşlı piyadanı vurub.
APA məlumat verir ki, hadisə şəhərin dəniz kənarı ərazisində baş verib. "Daewoo" markalı minik avtomobili Kolatan kənd sakini Anar Ağarzazadəni vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada, sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.