Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 34 yaşlı Kamran Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.