Lənkəranda yol qəzası baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetməni itirərək kanala aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Fakt araşdırılır.