Lənkəranda şəhid Ehtiram Hüseynli və Mirmustafaxan küçələrinin asfaltlanması yekunlaşıb.
Cenublu.az Lənkəran Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq növbəlilik əsasında cari ildə artıq 11 küçənin asfaltlanması yekunlaşıb. Asfaltlanması yekunlaşan digər küçələr şəhid Elnur Talıbov, Elşad Zeynallı, Hamid Əskərov, Emil Qurbanov, Orxan Quluzadə və Əli Məmmədov, Tofiq İsmayılov dalan 1, 20 Yanvar, Vaqif Hüseynov dalan 2 küçələridir.