Lənkərandan Cenublu.az-a növbəti şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, şəhərin Şəhidlər Xiyabanı 46/13 ünvanında yollar bərbad vəziyyətdədir.
Bildirilib ki, yağış yağan kimi yollarda gölməçələr yaranır, bu da nəqliyyat və piyadaların hərəkəti üçün problem yaradır:
“Vallah, heç kəs maraqlanmır, baxmır, məktəbə uşaqlar gedə bilmir, işə gedə bilmirik. Ayaqlarımız su içində olur”.
Şikayətlə bağlı redaksiyamıza ünvanlanan fotolardan da aydın olur ki, yolun təmiri zəruridir.
Sakinlər məsələyə aidiyyəti qurumların müdaxiləsini gözləyir.