İcra hakimiyyəti tərəfindən şəhərin təmirə ehtiyacı olan bütün küçələrinin siyahısı müəyyənləşdirilib və həmin yollara yeni asfalt örtüyünün döşənməsi ilə bağlı məsələ Tədbirlər Planına daxil edilib.
Bu barədə Cenublu.az-ın Lənkəran şəhər, Şəhidlər Xiyabanı 46/13 ünvanındakı yolların təmirsiz vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq Lənkəran RİH-dən bildirilib.
Digər - Digah ərazisində "yeni evin arxasındakı məhəllə"dəki yolların nə zaman təmir edilməsi ilə bağlı sorğumuza cavab olaraq isə bildirilib ki, sözügedən yol yeni salınan yaşayış məhəllələrinə gedən kənddaxili yoldur, onlar isə qanunvericiliyə uyğun olaraq yerli bələdiyyələrin balansındadır.
“Şilavar bələdiyyəsinin büdcəsinə vəsait daxil olacağı təqdirdə həmin yolun əsaslı təmir olunması məsələsinə baxılacaq”, - deyə vurğulanıb.