Bu gün Lənkəran sakinlərindən Şəhidlər Xiyabanı 46/18 ünvanındakı təmirsiz yol ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Cenublu.az məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə (ŞİH) sorğu ünvanlayıb.
ŞİH-dən sorğuya belə cavab verilib:
“Şəhidlər Xiyabanı 46/18 ünvanındakı yolun asfaltlanması 2025-ci ilin Tədbirlər Planına daxil edilib, büdcədən ayrılmış vəsaitə uyğun olaraq növbəlilik əsasında sözügedən yolun asfaltlanması həyata keçiriləcəkdir”.