Lənkəranda 11 küçəyə 26150 kv. metr isti asfalt örtüyü döşənəcək.
Cenublu.az Lənkəran Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, ilin sonunadək 11 küçədə - şəhid Elşad Zeynallı, Orxan Quluzadə, Emil Qurbanov, Hamid Əskərov, Elnur Talıbov, Ehtiram Hüseynov və 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 1, Mirmustafaxan, Əli Məmmədov küçələrində əsaslı təmir işləri aparılacaq.
Qeyd edilib ki, artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb və hava şəraitinə uyğun olaraq işlərin yekunlaşması yaxın günlərdə tamamlanacaq.