Lənkəran rayonu Şilavar kəndindən şikayət var.
Kənd sakinlərinin Cenublu.az-a verdiyi məlumata görə, “18-ci məhəllə” adlanan ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Buna səbəb məhəllədən keçən yolu kəndin əsas yoluna birləşdirən hissədə bərənin olmasıdır. Yağıntılı günlərdə bu ərazidə piyadaların hərəkəti üçün də çətinlik yaranır. Dəfələrə bərəyə yıxılma halları da olub.
Sakinlər həmin bərəyə boru yerləşdirilməsini xahiş ediblər, müvafiq qurumlara müraciət ediblər, lakin, məsələ həllini tapmayıb.