Lənkəran rayonunun Separadi-Tükəvilə kəndarası yola çınqıl döşənib.
Cenublu.az xəbər verir ki, 2 gündür Lənkəran rayonunun Separadi kənd ara yolunda təmir işlərinə başlanılıb. Yola ağır tonajlı traktor (qreder) salınaraq hamarlama işləri aparılıb və 15-ə yaxın “KamAZ” çınqıl döşənib.
Qeyd edək ki, Separadi-Tükəvilə yolundan 5000-ə yaxın sakin istifadə edir.