Cəlilabadda Günəşli bələdiyyəsi tərəfindən kənddaxili yolların təmiri həyata keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində verir.
Günəşli kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri görülüb.
İşlər vətəndaşlar tərəfindən Günəşli bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına aparılıb.