Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı Biləsuvar rayonunun sakinləri xəsarət alıblar.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Biləsuvardan olan bir ailə üzvləri - 54 yaşlı Nəzakət Eynullayeva, 29 yaşlı Ələkbər Qurbanov, 27 yaşlı Gülxanım Qurbanova, 24 yaşlı Bənövşə Qurbanova, 6 yaşlı Ələmdar Qurbanov və 3 yaşlı Gülsüm Qurbanova xəsarətlər alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.