Astara və Masallıda “Təmiz hava” aylığı çərçivəsində tədbirlər keçirilib.
Cenublu.az xəbər verir ki, tədbirlər zamanı DYP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobil sürücüləri ilə maarifləndirmə xarakterli söhbətlər aparılıb, kobud qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.