Cəlilabad rayonunun Alar kəndində yerləşən İncəçay hazırda zibilliyə çevrilib.
Bu barədə Musavat.com-a kənd sakinləri məlumat veriblər. Çay boyu yerləşən kəndlərin sakinləri məişət tullantılarını çaya tökdükləri üçün çaydan çox pis qoxu gəlir və bu iy evlərə qədər yayılır.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, tədbir görülməyib.
Ətraflı teleqram kanalımızda: