Cəlilabad rayonunda doğulub boya-başa çatan baş leytenant Asif Məmməd oğlu Kərimovun anım günüdür.
Cenublu.az xəbər verir ki, Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini davam etdirib.
O, 44 gün davam edən Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb.
Şəhidin qardaşı Fəttah Kərimov bildirib ki, Asifdə həmişə birinciliyə can atmaq eşqi var idi. Komandiri olmuş Polad Həşimov şəhidlik zirvəsinə yüksəldikdən sonra çox narahat idi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, döyüşlərə qoşulacağam. Qarabağı azad görmək onun ən böyük arzusu idi.
İgid döyüşçü 2020-ci ildə noyabrın 3-də Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.
Cəsur döyüşçü “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.