Cəlilabad rayonunun Kövüzbulaq kəndində yolların təmiri davam etdirilir.
Cenublu.az Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasına istinadən xəbər verir ki, Kövüzbulaq kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.
Qeyd olunub ki, təmir işləri vətəndaşlar tərəfindən Kövüzbulaq bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına həyata keçirilib.