Cəlilabad rayonunun Şorbaçı və Məlikqasımlı kəndlərinin yollarında təmir işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Şorbaçı və Məlikqasımlı kəndlərində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.