Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, qəzada 3 nəfər xəsarət alıb.
Hadisə yeni Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, qadın sürücünün idarə etdiyi "Honda" markalı minik avtomobili Cəlilabad rayon sakinin idarə etdiyi "Chevrolet" markalı minik avtomobili ilə toqquşub.
Xəsarət alanlar dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 1971-ci il təvəllüdlü Nəzakət Rzaxan qızı Gəncəliyevaya döş qəfəsinin küt travması, 1961-ci il təvəllüdlü Fərman Şirxan oğlu Cəfərova sağ qaşın əzilmiş cırılmış yarası, sol mil sümüyünün distal qapalı yer dəyişmiş sınığı və 1980-cı il təvəllüdlü Nəbiyev Seyfəddin Ruşan oğlu Nəbiyevə sol əlin baş barmağının distal falanqının əzilməsi, dırnaq qanaması diaqnozu qoyulub.
Qəzanın başvermə səbəbləri araşdırılır.