Cəlilabad şəhərində qəza nəticəsində piyada keçidi dağılıb.
Cenublu.az -ın verdiyi məlumata görə, Heydər Əliyev prospektində inşa olunan yerüstü piyada keçidi iri tonnajlı kənd təsərrüfatı nəqliyyat vasitəsi tərəfindən dağıdılıb.
Piyada keçidinin altından sürətli keçmək istəyən nəqliyyat vasitəsi keçidin hündürlüyünə toxunub və keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb.
Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.