İntensiv yağışlar Cəlilabadda yolda çatların əmələ gəlməsinə, bununla da torpaq sürüşməsinə səbəb olub.
Cenublu.az-ın verdiyi xəbərə görə, hadisə Cəlilabad-Soltanlı avtomobil yolunun Soltanlı kəndinin giriş hissəsində qeydə alınıb. Yoldakı çatlar intensiv yağışlardan sonra artaraq təhlükəli həddə çatıb.
Hazırda aidiyyəti qurumlar ərazini nəzarətə götürüb, hava şəraiti normallaşdıqdan sonra tədbirlər görüləcək.