Cəlilabadda iki nəfərin xəsarət alınması ilə nəticələnən yol qəzası baş verib.
Apa.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun mərkəzindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar rayon mərkəzi xəstəxanasına aparılıblar. Qəzalı avtomobillər, yolun açılması üçün təcili olaraq hadisə yerindən götürülüb.
Faktla bağlı araşdırma aparılır.