Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisənin səbəbinin avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olduğu ehtimal edilir.
Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisənin təfərrüatlarının araşdırılması davam edir.
View this post on Instagram